Azedu.az

Laborantların işə qəbulu üçün qeydiyyat UZADILIB

Bakı Şəhər üzrə Təhsil İdarəsi

10 Aprel 2025, 15:06
Laborantların işə qəbulu üçün qeydiyyat UZADILIB

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti uzadılıb.

AzEdu.az-a BŞTİ-dən bildirilib ki, müraciət etmək istəyən şəxslər 10 aprel 2025-ci il saat 15:00-dan 11 aprel 2025-ci il saat 15:00-dək qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, BŞTİ-nin rəsmi saytında 18.03.2025-ci il tarixində laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair təqdim olunan link vasitəsilə qeydiyyatdan keçən şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.  

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqəyə dair məlumatla tanış ola bilər.

 

Müsabiqə üzrə ümumi məlumat

//baku.edu.gov.az/az/page/228/7645

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox