Azedu.az

Dövlət televiziyasının rəhbəri məktəblilərlə görüşəcək

Bakı Şəhər üzrə Təhsil İdarəsi

24 Dekabr 2024, 10:33
Dövlət televiziyasının rəhbəri məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü dekabrın 25-də paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində keçiriləcək.

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov olacaq.   

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox