Azedu.az

Korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul

Bakı Şəhər üzrə Təhsil İdarəsi

29 Noyabr 2024, 10:25
Korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi həyata keçirilən ümumi təhsil müəssisələrində korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul müsabiqəsində uğur qazanan və müsahibə balı 2,4-2,9 aralığında olan namizədlər 29 noyabr- 5 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədlə BŞTİ-yə müraciət edə bilərlər.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, namizədlərə paytaxtdakı 36, 127, 177, 300 nömrəli tam orta məktəblərdə vakant olan, 265 nömrəli tam orta məktəbdə isə sosial məzuniyyət yerləri təklif olunur.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox