Azedu.az

İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Bakı Şəhər üzrə Təhsil İdarəsi

25 Oktyabr 2024, 16:11
İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri əlaqə telefonlarına SMS vasitəsilə göndərilib.

Müsahibə mərhələsində namizədlərə 15-20 dəqiqə ərzində ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar verilir. Bundan əlavə, müsahibə zamanı namizədin musiqi alətində ifa bacarığı da yoxlanılır.

Müsahibədən uğurla keçən namizədlər toplanılan bal ardıcıllığına uyğun olaraq müvafiq vakant yerlərə yerləşdiriləcəklər.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox