Azedu.az

Hasarı uçan məktəbdə tədris bərpa olunub - YENİLƏNDİ 

Bakı Şəhər üzrə Təhsil İdarəsi

23 Oktyabr 2024, 11:10
Hasarı uçan məktəbdə tədris bərpa olunub - YENİLƏNDİ 

 123 nömrəli məktəb 1894-cü ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilib. 1941-1945-ci illərdə məktəbin binasında hərbi hospital fəaliyyət göstərib.

 

İkinci Dünya müharibəsindən sonra məktəb səkkizillik məktəbə çevrilib, 1978-ci ildən etibarən isə onillik orta məktəb kimi fəaliyyətə başlayıb. Hazırda məktəb onbirillik orta məktəb kimi fəaliyyət göstərir.

 

AzEdu.az  Modern.az-a  istinadən xəbər verir ki, valideynlərin verdiyi məlumata görə,123 nömrəli orta məktəbdə dərslər bərpa olunub.

***

Xəbər verdiyimiz kimi, davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

 

AzEdu.az Təhsil Portalı olaraq bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. 

 

İdarədən bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib:

 

"Hadisə nəticəsində xəsarət alan olmayıb.Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb".

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox