Azedu.az

Növbəti sınaq imtahanının dəqiq vaxtı – DİM abituriyentləri təkzib etdi

29 Noyabr 2018, 11:15
Növbəti sınaq imtahanının dəqiq vaxtı – DİM abituriyentləri təkzib etdi

 

2019-cu ildə buraxılış və qəbul imtahanları tamamilə yeni format əsasında keçiriləcək. Yeni model əsasında sınaq imtahanı təşkil olunsa da, proseslə bağlı hələ də qaranlıq qalan məsələlər var.

Sosial şəbəkələrdə abituriyentlər arasında yayılan xəbərə görə, kurikulum standartları əsasında növbəti sınaq imtahanı dekabr ayında keçiriləcək.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu-a bildiriblər ki, yayılan informasiyalar həqiqəti əks etdirmir. Məlumatda qeyd olunub ki, yeni model əsasında növbəti sınaq imtahanının gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulub. Həmçinin bildirilib ki, yalnız XI siniflər üzrə buraxılış imtahanlarının apreldə keçiriləcəyi dəqiq məlumatdır.

Xatırladaq ki, buraxılış və qəbul imtahanlarının dəqiq tarixləri 2019-cu ilin əvvəllərində elan olunacaq.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox