Azedu.az

“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunacaq

14 Mart 2018, 05:49
“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunacaq

“Abituriyent” 1 jurnalında  2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar təqdim ediləcək.

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər bir fənn üzrə qəbul və buraxılış (tam orta təhsil səviyyəsi üzrə) imtahanı proqram­ları, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları öz əksini tapacaq. Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunacaq.

Jurnalı aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə edə biləcəksiniz: //www.abiturient.az/index.php?status=elaqe&lang=az

 

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox