Ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi artıq başlayıb. İxtisas seçimi avqustun 16-dan 20-dək davam edəcək.
DİM bu mövzuda abituriyentlərə kömək məqsdədilə ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlərin imtahan ballarını açıqlayıb.
AzEdu.az xəbər verir ki, I ixtisas qrupu üzrə keçirilən müsabiqədə 540-dan çox bal toplayan abituriyentlərin hər biri tələbə adını qazanıb.
530-539 aralığında nəticə göstərən bir abituriyent isə heç bir ixtisasa qəbul oluna bilməyib. Ümumilikdə isə bu ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 500-dən çox bal toplayan 7 abituriyent müsabiqədə uğur qazana bilməyib.
İstənilən bala uyğun ixtisasları özündə cəmləşdirməsi ilə fərqlənən bu ixtisas qrupunda çox aşağı nəticələrə də rast gəlinib. 200-209 bal arası nəticə göstərən 93 abituriyent ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.
300-399 arası nəticə göstərən 127 nəfər də ixtisas seçimində uğur əldə edə bilməyib.