Azedu.az

Balını 596-ya qaldıran abituriyentlə də görüşdüm, kim haqlıdır, bilmirəm” – Ekspertin DİM görüşü

Bakalavr və sınaq imtahanları

16 Avqust 2018, 14:34
Balını 596-ya qaldıran abituriyentlə də görüşdüm, kim haqlıdır, bilmirəm” – Ekspertin DİM görüşü

“Bu məsələdə ortada nəyin baş verdiyini müəyyən etməkdə çətinlik çəkirəm. Kimin doğru, kimin yalnış olduğunu bilmirəm. Amma rəsmi mövqe odur ki, sənəd saxtadır və fotoşopdur”.

Bu sözləri AzEdu.az-a təhsil eksperti Kamran Əsədov deyib. O, 596 bal toplayıb heç bir ixtisasa qəbul ola bilməyən abituriyentlə bağlı rəsmi şəxslərlə görüşdüyünü bildirib:

“Elə indicə DİM - in inzibati binasından çıxdım. Rəsmi şəxslər ilə görüşdük. Onlar abituriyentin nəticəsinin 418 oduğunu, 596 balın abituriyent və ya onun yaxınları tərəfindən fotoşop yolu ilə düzəldiyi barədə məlumat verdilər. 
Valideyn və abituriyent ilə DİM - in qarşısında görüşdüm. Onlar isə bu ittihamın absurd olduğunu dedilər.

Əlbəttə ki, bu məsələdə ortada nəyin baş verdiyini müəyyən etməkdə çətinlik çəkirəm. Kimin doğru, kimin yalnış olduğunu bilmirəm. Amma rəsmi mövqe odur ki, sənəd saxtadır və fotoşop vasitəsilə düzəldilib”.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox