Təhsil eksperti Kamran Əsədov “facebook” hesabında çox təəccüblü bir məsələ ilə qarşılaşdığını bildirib. 596 bal toplamış bir abituriyentin seçdiyi ixtisaslardan heç birinə düşmədiyi məlum olub:
Məsələylə bağlı AzEdu.az-a açıqlama verən ekspert bildirib ki, bu il 645 balla kəsilənlər də var, bu, ayrı məsələdir.
“15 illik təcrübəmdə belə şey görməmişəm. Deməli, bu şəxs 596 bal toplayıb,amma seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balını keçsə də, heç birinə qəbul olmayıb. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. AbituriyentDİM tərəfindən qəbul olmayıb. Düşünürəm ki, burda texnikisəhv olub”.