Ali məktəblərə bakalavriat səviyyəsi üzrə ixtisas seçimləri bu gün saat 10:00-da başa çatdı.
AzEdu.az xəbər verir ki, ümumilikdə 44815 nəfər ixtisas seçimini təsdiq edib. Qruplar üzrə uyğun statistik göstəricilər aşağıdakı kimidir:
I qrup: 14601
II qrup: 10959
III qrup: 12386
IV qrup: 3602
V qrup: 3591
Təhsil eksperti Elçin Əfəndi “facebook” hesabında bildirib ki, nəticələrin bu gün 19:00-dan sonra elan olunması nəzərdə tutulur.