Ali məktəblərə ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu saata olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 11454, II ixtisas qrupu üzrə 8509, III ixtisas qrupu üzrə 9866, IV ixtisas qrupu üzrə 2886 nəfər ərizəsini təsdiq edib.
I ixtisas qrupu rus bölməsi üzrə 1128, II ixtisas qrupu üzrə 920, III ixtisas qrupu üzrə 797, IV ixtisas qrupu üzrəisə 282 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 2996 nəfərdir.
Bu saata əsasən, 5 ixtisas qrupu üzrə ümumilikdə 38.838 nəfər ərizəsini təsdiq edib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.