Azedu.az

Abituriyentlər arasında rəqabət davam edir - Neçə nəfər ixtisas seçimi edib?  

4 Avqust 2018, 11:19
Abituriyentlər arasında rəqabət davam edir - Neçə nəfər ixtisas seçimi edib?  

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu saata olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 6179, II ixtisas qrupu üzrə 4483, III ixtisas qrupu üzrə 5427, IV ixtisas qrupu üzrə 1854 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 630, II ixtisas qrupu üzrə 518, III ixtisas qrupu üzrə 467, IV ixtisas qrupu üzrəisə 203 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 439 nəfərdir.

Bu saata əsasən, 4 ixtisas qrupu üzrə ümumilikdə 19.761 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

Zəngəzurda ciddi hazırlıq: Savaş mesajı verildi
Son xəbərlərDaha çox