“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.
AzEdu.az Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının jurnalistika üzrə qabiliyyət imtahanı mərhələsində bakalavrlara təklif olunacaq inşa mövzularını təqdim edir:
- Müstəqilliyimiz əbədidir
- Azərbaycanın dövlət rəmzləri
- Mən Azərbaycan vətəndaşıyam
- Azərbaycan mənim Vətənimdir
- Heydər Əliyev ümummilli liderimizdir
- Ölkəmizdə dövlət dili Azərbaycan dilidir
- “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir!” (H.Əliyev)
- 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
- İnternetdən istifadə sənə nə verir?
- Hansı sənət yaxşıdır?
- Azərbaycanın gələcəyi haqqında düşüncələrim
- Sevdiyim fənn
- Necə insan olmaq istərdim?
- Mən həkim olsa idim ...
- Mən millət vəkili olsa idim ...
- Dostuma məktub
- Xalqımızın milli bayramı – Novruz
- Azərbaycanın təbiəti
- Əsl dost necə olmalıdır?
- Kitab dostumuz və məsləhətçimizdir
- Şəxsi kitabxanam
- Təhsil uğurlu gələcəyə aparan yoldur
- Sevdiyim qəzet (və ya jurnal)
- Musiqi ruhumuzun qidasıdır
- Sözün qüdrəti
- Peşə seçiminin insan həyatında rolu
- Həyatda necə uğur qazanmaq olar?
- Cəmiyyət üçün faydalı insan necə olmalıdır?
- Sevdiyim bədii əsər
- Sevdiyim yazıçı (şair)
- Müasir gəncliyin gündəlik qayğıları
- Milli Qəhrəmanlarımız
- Xoşbəxtliyi nədə görürəm?
- Milli adət-ənənələrimiz
- Müasir gəncliyin vəzifələri
- Keçmişimiz, bu günümüz və gələcəyimiz
- Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır
- “Bir kərə yüksələn bayraq bir daha enməz!” (M.Ə.Rəsulzadə)
- Mübariz İbrahimov gəncliyə örnəkdir
- Tarixdə iz qoyan şəxsiyyətlər
- Sevdiyim tarixi şəxsiyyət
- Müasirlərimi necə görmək istərdim?
- Vətənə xidmətin əhəmiyyətini nədə görürəm?
- Şəhid abidəsi önündə
- 20 Yanvar – xalqımızın qan yaddaşı
- “Şəhidlər xiyabanı”nı ziyarət edərkən düşündüklərim
- Xocalı faciəsi insanlıq əleyhinə cinayətdir
- Qarabağla bağlı bildiklərim
- Müəllim və şagird arasında münasibətlər necə olmalıdır?
- Sağlam bədəndə sağlam ruh olar
- Neftimiz sərvətimizdir
- Gənclərin cəmiyyətdə rolunu artırmaq üçün nələri təklif edərdim?
- "Əkinçi" ilə başlanan milli mətbuatımız
- Gələcəyimi necə görürəm?
- Mətbuat azadlığı nədir?
- Tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyəti
- Ən çox izlədiyim televiziya kanalı
- Sevdiyim jurnalist
- Tanınmış Azərbaycan jurnalistləri
- Şəhid jurnalistlər
- İzlədiyim xəbər saytları
- Oxuduğum sonuncu əsər
- İnformasiyanın həyatımızda rolu
- Özümdə hansı xarakter xüsusiyyətlərini tərbiyə etmək istəyirəm?
- Həyatımızda kitabların rolu
- Konstitusiyamız
- Sevdiyim idman növü
- Namus və vicdan mövzusunda düşüncələrim
- Valideynlə övlad arasında münasibətlər necə olmalıdır?
- İnsan həyatında biliyin rolu
- Müasir insan necə olmalıdır?
- Əsl vətəndaş necə olmalıdır?
- Mərhəmətli olmaq nə deməkdir?
- Azad insan olmaq nə deməkdir?
- Təbiətin həyatımızda rolu
- Faydalı insan odur ki ...
- Əgər prezident olsa idim ...
- Necə bir qəzet yaratmaq istərdim?
- Müasir televiziya kanallarında ən çox sevdiyiniz proqramlar
- Jurnalist peşəsi və sosial məsuliyyət
- Jurnalistikanı nəyə görə “dördüncü hakimiyyət” adlandırırlar?
- KİV və ictimai rəy
- Müasir jurnalistikada şərəf və ləyaqətin müdafiəsi problemi
- Şəhərimin (kəndimin) tarixi
- Jurnalist olsam, hansı mövzularda yazacağam?
- Əgər gənclər üçün telekanal yaratsam ...
- Hamının oxumalı olduğu kitab
- “Hər bir insan bütün insanlar qarşısında hamıya və hər şeyə görə məsuliyyət daşıyır.” (F.M.Dostoyevski)
- Yazacağım oçerkə kimi qəhrəman seçərdim?
- Mənim ictimai mövqeyim
- Zərərli vərdişlər
- Tolerantlıq nə deməkdir?
- Müasir məktəbin problemləri
- Gənclər siyasəti və KİV
- Müasir cəmiyyətin mənəviyyatı
- KİV-də sağlam həyat tərzinin təbliği
- Bəşəriyyətin əsas qlobal problemləri
- Qocalara hörmət edək, özümüz də qocalacağıq
- Əsl ziyalı necə olmalıdır?
- “İnsan dünyada varlı olmaq üçün yox, xoşbəxt olmaq üçün yaşayır” (F.Stendal)
- Müasirlərim haqqında düşüncələrim
- Uğurlu insan olmaq nə deməkdir?
- Jurnalistin əsas keyfiyyətləri
- Müasir dünyada jurnalistikanın rolu
- Jurnalistin peşə etikasını necə başa düşürəm?
- Jurnalist peşəsi məni hansı cəhətlərinə görə cəlb edir?
- Jurnalistika mədəniyyətə necə təsir göstərir?
- Müasir həyatımızda internetin rolu
- İnsanlar televiziya xəbərlərinə nəyə görə baxırlar?
- Radio və televiziyada faydalı verilişlər
- Jurnalistikada ən çox xoşladığım mövzular
- Mətbuat azadlığını necə başa düşürəm?
- Müasir jurnalist necə olmalıdır?
- Sevdiyim qəhrəman
- “Sağlığında qiymət verin insanlara...” (C.Novruz)
- “Yurdum, yuvam, məskənimsən... Azərbaycan!” (S.Vurğun)
- Sevimli ədəbi qəhrəmanım
- Mənim üçrəngli bayrağım
- Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
- Mən Vətənimin inkişafına hansı töhfəni verməyə hazıram
- Xarici ölkədə yaşayan yaşıdıma məktubumda ölkəmiz haqqında nə yazardım?
- Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir
- Azərbaycanın inkişafında neftin rolu
- Azərbaycanın inkişafında qeyri-neft sektorunun rolu
- Sevdiyim bayram
- Sevdiyim bəstəkar
- Doğma şəhərimi (kəndimi) gələcəkdə necə görmək istərdim?
- Bakı Azərbaycanın paytaxtıdır
- Əcnəbi turistə doğma Vətənimiz haqqında nə söyləyərdim?
- Təbiəti qorumaq borcumuzdur
- Azərbaycanın təbii sərvətləri
- Ətraf mühitin qorunması sağlamlığın rəhnidir
- Ana müqəddəs varlıqdır
- Yaşlılara və uşaqlara qayğı göstərmək mənəvi borcumuzdur
- Həyatın mənasını nədə görürəm?
- İnsan nəyə görə qanunlara riayət etməlidir?
- “Düzlük ən yaxşı siyasətdir” ifadəsi nə deməkdir?
- İnsan əməlləri ilə tanınır
- Uğura aparan yol zəhmətdən keçir
- “Kitabi-Dədə Qorqud” yurdumuzun tarixi salnaməsidir
- Cəmiyyətin inkişafında liderlərin rolu
- Xalqımız sülh tərəfdarıdır
- Çiçəklənən Azərbaycan
- Dostu qazanmaq çətin, itirmək asandır
- Xeyirxahlıq nəcib insani keyfiyyətdir
- Əsl insan hansı keyfiyyətlərə malik olmalıdır?
- Azərbaycanın görməli yerləri
- Ana dilimizi sevək və qoruyaq
- Azərbaycan sərkərdələri haqqında bildiklərim
- İdmanın insan həyatı üçün əhəmiyyəti
- Ölkəmizdə turizm
- Təhsilin cəmiyyətin inkişafında rolu
- Jurnalistikanın hansı sahəsi məni daha çox cəlb edir?
- Xeyriyyəçilik gözəl ənənədir
- “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub, qayasında bitərdim.” (M.Araz)
- “Vətənçin yaşayan, vətənçin ölən, Səmimi bir insan nə bəxtiyardır!” (M.Müşfiq)
- “Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz.” (N.Gəncəvi)
- “Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim...” (A.Səhhət)
- “Bilikli adamlar uzağı görər, cahilin zəhməti hədərdir, hədər.” (N.Gəncəvi)
- “Hər uca rütbədən biliniz fəqət, alimin rütbəsi ucadır əlbət.” (N.Gəncəvi)
- Yaxşı bir film çəkmək üçün hansı amillər olmalıdır? Fikirlərinizi əsaslandırın.
- Müasir texnologiya həyatı daha da rahatlaşdırıb, yoxsa həyat sadə texnologiyalarla daha yaxşı idi? Fikirlərinizi əsaslandırın.
- İnternet vasitəsilə insanlar bir-birinə daha çox yaxınlaşıblar, yoxsa uzaqlaşıblar? Fikirlərinizi əsaslandırın.
- Təhsil hər bir ölkənin inkişafında ən mühüm amildir. Bu fikirlə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
- “Xarici dil uşaqlara bağçadan öyrədilməyə başlanılmalıdır” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
- Uşaqların hər gün kompüter ilə məşğul olmasının onlara müsbət təsirindən daha çox mənfi təsiri ola bilər. Bu fikirlə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
- “Televiziya verilişlərini izləmək uşaqlar üçün faydalı deyil” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
- “Üz-üzə ünsiyyət telefon, sosial şəbəkələr (Facebook, Twitter, WhatsApp və s.), məktub, elektron məktub (e-mail) və s. kimi ünsiyyət vasitələrindən daha yaxşıdır” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
- “Müasir texnologiyalar vasitəsilə şagirdlər daha çox məlumat əldə edə bilir və daha sürətlə öyrənirlər” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
- “Televiziya, qəzet, jurnal və digər media vasitələri ictimai xadimlər və hadisələrdən daha çox sənətçilərin həyatına diqqət yetirirlər” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
- Valideynlər ən yaxşı müəllimlərdir” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
- “Kitab oxumaq kinoya baxmaqdan daha maraqlıdır” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
- Əgər siz beynəlxalq sərgiyə dövlətimizi təmsil edən bir şey göndərməli olsanız, nə seçərdiniz? Niyə? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
- Xalqımızın hansı adətini digər xalqların da qəbul etməsini istəyərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
- Əgər siz yeni bir şey ixtira etsə idiniz, bu nə ilə bağlı olardı və nəyi ixtira edərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
- Əgər siz bir şirkətin müdiri olsa idiniz, hansı xüsusiyyətlərə malik işçiləri işə götürərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
- Əgər sizin tarixin müəyyən bir dövrünə qayıtmaq imkanınız olsa idi, bu hansı dövr olardı? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
- İnsanlar fərqli metodlarla öyrənirlər: işləməklə, oxumaqla, dinləməklə və s. Öyrənmək üçün bu yollardan hansı sizin üçün ən yaxşıdır? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
- İnsana verilən ən gözəl hədiyyə nə ola bilər? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
- Bəzi insanlar qrup halında səyahət etməyi sevir, bəziləri isə təklikdə. Siz hansına üstünlük verirsiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
- Bəzi şagirdlər qrup halında təhsil almağı sevir, bəziləri isə fərdi. Siz hansına üstünlük verirsiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
- İnsanlar müxtəlif zamanlarda fərqli səbəblərlə musiqiyə qulaq asırlar. Bəs nəyə görə musiqi dinləmək bu qədər vacib sayılır? Fikirlərinizi dəlillərlə əsaslandırın.
- Bəzi insanlar dost seçərkən özlərindən fərqli dost seçirlər, bəziləri isə özlərinə oxşar. Özündən fərqli və özünə oxşar dostların olmasının müsbət və mənfi cəhətlərini müqayisə edin. Bəs siz necə dosta sahib olmaq istərdiniz? Fikirlərinizi əsaslandırın.
- Əgər sizə məktəbinizdə ciddi dəyişiklik etmək imkanı verilsə idi, bu dəyişiklər nələrdən ibarət olardı? Fikirlərinizi əsaslandırın.
- Bəzi insanlar inanırlar ki, həyat haqqında öyrənməyin ən yaxşı yolu ailənin, yaxud da dostların məsləhətlərinə qulaq asmaqdır. Digər insanlar isə düşünürlər ki, həyatı öyrənməyin ən yaxşı yolu şəxsi təcrübədir. Həyatı öyrənməyin bu iki fərqli yolunu müqayisə edin. Siz hansına üstünlük verərdiniz? Fikirlərinizi əsaslandırın.
- Bütün dünyada kino çox populyardır. Kinoların niyə belə populyar olduğunu izah edin və fikirlərinizi əsaslandırın.
- Turizm ölkələr arasında qarşılıqlı anlaşma və ünsiyyətə necə kömək edir? Fikirlərinizi əsaslandırın.
- Yaxşı övlad olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır? Fikirlərinizi əsaslandırın.
- “İdman orta məktəb həyatının ayrılmaz hissəsi olmalıdır” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
- Elektron və məktəb kitabxanalarının müsbət və mənfi tərəflərini müqayisə edin. Fikirlərinizi əsaslandırın.
- İnsanlar nə üçün işləməlidirlər? Fikirlərinizi əsaslandırın.
- Valideynlər övladlarının əvəzinə qərar verməlidirlər, yoxsa yox? Fikirlərinizi əsaslandırın.
- Sizə görə, son 100 ilin ən vacib kəşfi hansıdır? Fikirlərinizi dəlillərlə əsaslandırın.
- İnsanın xarakterinin formalaşmasına dostlar, yoxsa ailə daha çox təsir göstərir? Fikirlərinizi əsaslandırın.
- Xarici, yoxsa daxili gözəlliyi üstün tutursunuz? Seçiminizi əsaslandırın.
- “İnsanı geyiminə görə qarşılayır, ağlına görə yola salırlar” fikrini izah edin.
- “Yaxşı dost yaman gündə tanınar” atalar sözünü necə başa düşürsünüz?
- İşçilərin yaradıcılıq potensialı şirkətin inkişafında mühüm rol oynayır. İşçilərin yaradıcılıq qabiliyyətini artırmaq üçün şirkətlər nələr etməlidir?
- Şəxsi avtomobillərin artması ilə yanaşı, yollarda tıxac problemləri də artır. Həm hökümət, həm də insanlar bu problemin qarşısını almaq üçün nələr edə bilərlər?
- Bəzi inkişafda olan ölkələrdə kənd yerlərindən şəhər yerlərinə axın var. Sizcə, bu nəyə görə baş verir və bu hansı problemlərdən irəli gəlir?
- Qabaqcıl təhsil müəssisələrindən məzun olmaq yaxşı işə girməyə zəmanət verir. Siz bu fikirlə razısınız, yoxsa yox? Cavabı əsaslandırın.
- Müasir dövrdə bir çox ailədə valideynlərin hər ikisinin işləməsinə görə övladları ilə az vaxt keçirirlər. Bunun səbəbi nədir və bu hansı problemlərə gətirib çıxara bilər?
- Həyatınızdakı ən cəsur an
- Xarakterinizdə nəyi dəyişmək istərdiniz?
- Biz uğurlu davranışlarımızdan, yoxsa etdiyimiz səhvlərdən daha çox nəticə çıxarıb öyrənirik. Seçdiyiniz fikri əsaslandırın.
- Orta məktəbdə şagirdlərə mobil telefondan istifadə etməyə icazə verilməlidir, yoxsa yox. Seçdiyiniz fikri əsaslandırın.
- Uşağın xarakteri valideynlərindən gördükləri davranışlar əsasında formalaşır. Siz bununla razısınızmı? Hansı amillər uşağın xarakterinə təsir edir?
- Sağlam olmağın ən yaxşı yolu idman etməkdir. Siz bu fikirlə razısınız, yoxsa başqa təklifləriniz də var?
- Sağlamlıq üçün piyada gəzmək olduqca faydalıdır, ancaq çox az insan piyada gəzir. Bu problemin səbəbi nədir və siz bu problemlərin aradan qalxması üçün nələri təklif edərsiniz?
- Mediada göstərilən zorakılık halları sanki insanları da zorakılıq etməyə təşviq edir. Bu mövzuda nə düşünürsünüz?
- Bir çox cəmiyyətdə evsiz insanlar (yaxud da kasıbçılıq) problemi var. Siz bu problemin qarşısını almaq üçün nələr təklif edərdiniz?
- Bəzi insanlar düşünürlər ki, ali məktəblər şəhərlərin mərkəzlərindən uzaq yerlərdə – şəhərətrafı ərazilərdə olmalıdır. Siz bu fikir haqqında nə düşünürsünüz?
- Bəzi insanlar düşünürlər ki, pul xoşbət olmaq üçün vasitə deyil. Sizcə, xoşbəxt olmaq üçün nə etmək və nələrə sahib olmaq lazımdır?
- Xəbərlər insanların həyatında mühüm rol oynayır. Ancaq xəbərlərin bir çoxu mənfi hadisələrdən ibarətdir. Siz bunun haqqında nə düşünürsünüz?