Qəbul imtahanında müvafiq şərtləri ödəyən abituriyentlər üçün bu gündən etibarən ixtisas seçimi başlayır.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, I, II, III, IV və V ixtisas qrupları üzrə ixtisas seçimi 30 iyul saat 11:00-dan start götürəcək. Abituriyentlərdən ixtisas seçimində xüsusi diqqətli olmaları tələb olunur.
Qeyd edək ki, ixtisas seçimi 13 avqustadək davam edəcək.