Dövlət İmtahan Mərkəzinin 26 iyulda keçirdiyi qəbul imtahanlarında 4 nəfər maksimum nəticə göstərib.
AzEdu.az qəbul imtahanında ən yüksək nəticəni göstərən 4 abituriyenti təqdim edir:
II ixtisas qrupu üzrə Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunu Rəmzi Abıyev, III ixtisas qrupu üzrə Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü liseyin məzunu Selcan Məmmədli, Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbin məzunu Əzim Əzizli və Şəki rayonu, Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Qeyd edək ki, yaz qəbul imtahanlarında II və III ixtisas qrupu üzrə 7 nəfər maksimum nəticə göstərib.