“Həyəcandan əlim əsir, ürəyim döyünür”
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı 700 bal toplayan Anar Abıyev deyib. O bu nəticəni qazandığına olduqca sevinib:
“Nəticələr çıxanda sevincimdən nə etdiyimi bilmədim. Ailəmlər bir yerdə çox sevindik. Dərhal təbrik zəngləri gəldi, onlara cavab verdim. Həyəcandan əlim əsir, ürəyin döyünür. Bu nəticəni özümdən gözləyirdim. Abituriyentlərə tövsiyəm odur ki, ilin əvvəlindən qabaqlarına məqsəd qoysunlar. Müəllimlərin tövsiyələrinə qulaq asmaq, əyləncədən bir az uzaq olub dərsə vaxt ayırmaq lazımdır”.
Qeyd edək ki, Anar Abıyev Binəqədi rayonu Biləcəri qəsəbəsi 297 nömrəli tam orta məktəbin məzunudur. 18 iyulda keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplayıb.