Təhsil Nazirliyi ali məktəblərə qəbul imtahanlarında 200-dən yuxarı nəticə göstərənlərlə bağlı statistikanı açıqlayıb.
Qəbul imtahanlarında 200-dən yuxarı bal toplayan abituriyentlər son beş ildə hər il artmağa davam edir.
AzEdu.az xəbər verir ki, 2013-cü ildə 200-dən yuxarı bal toplayanlar 35 % olduğu halda, bu il həmin göstərici 51%-ə qədər, yəni 16 % fərqlə əhəmiyyətli dərəcədə artıb.
Belə ki 2014-2015-ci tədris ilində I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərdən I ixtisas qrupu üzrə 9.798, II ixtisas qrupu üzrə 9.186, III ixtisas qrupu üzrə 10.569, IV ixtisas qrupu üzrə 2.606 nəfər, ümumilikdə isə 32.159 şəxs 200 baldan yuxarı nəticə göstərib. Bu il üzrə ümumi keyfiyyət göstəricisi 34.7 %-dir.
2015-2016-cı tədris ilində I ixtisas qrupu üzrə 10.798, II ixtisas qrupu üzrə 9.686, III ixtisas qrupu üzrə 10.068, IV ixtisas qrupu üzrə 2.646 nəfər, ümumilikdə isə 33.198 şəxs 200 baldan yuxarı nəticə göstərib. Bu il üzrə ümumi keyfiyyət göstəricisi 40 %-dir.
2016-2017-ci tədris ilində I ixtisas qrupu üzrə 11.496, II ixtisas qrupu üzrə 10.621, III ixtisas qrupu üzrə 9.535, IV ixtisas qrupu üzrə 2.823 nəfər, ümumilikdə isə 34.475 şəxs 200 baldan yuxarı nəticə göstərib. Bu il üzrə ümumi keyfiyyət göstəricisi 43.9 %-dir.
2017-2018-ci tədris ilində I ixtisas qrupu üzrə 12.086, II ixtisas qrupu üzrə 10.439, III ixtisas qrupu üzrə 10.181, IV ixtisas qrupu üzrə 3.084, ümumilikdə isə 35.790 şəxs 200 baldan yuxarı nəticə göstərib. Bu il üzrə ümumi keyfiyyət göstəricisi 43.2 %-dir.