Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı 20 iyun saat 10:00-dək uzadılıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 20 iyun saat 10:00-dək uzadılıb. Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.
Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.