Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 208 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,18%-i) 1109 tapşırıq (bütün tapşırıqların 0,05%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Onlardan 107 şagirdin (bütün imtahan verənlərin 0,09%-i) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.