Ali məktəbin qəbul imtahanlarında iştirak edəcək abituriyentlər AzEdu.az təhsil portalındakı yeni funksiya vasitəsilə topladıqları balı asanlıqlıqla hesablaya biləcəklər.
AzEdu.az saytındakı yeni funksiya dan yararlanmaq üçün bir neçə asan mərhələdən keçmək lazımdır: Bunun üçün öncə balların hesablanması bölməsinə daxil olub ixtisas qrupunu seçmək lazımdır. Daha sonra fənlərə uyğun olaraq düzgün və səhv cavabladığınız sualların sayını qeyd etməyiniz kifayətdir. Topladığınız bal nəticə balı (N.B) panelində qeyd olunacaq. Hər fənn üzrə topladığınız bal ayrı-ayrılıqda əks olunub.