Azedu.az

Abituriyentlərin 55 faizi bundan narazıdır – İmtahan narahatlığı

Bakalavr və sınaq imtahanları

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

21 Dekabr 2019, 12:57
Abituriyentlərin 55 faizi bundan narazıdır – İmtahan narahatlığı

Araşdırmalara əsasən, abituriyentlərin 55%-dən çoxu imtahanın bir neçə mərhələdə keçirilməsinin onlarda gərginlik yaratması qənaətindədirlər.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Hesabata əsasən,  bəzi valideynlər də bu fikirdədirlər ki, imtahanların 2 dəfə keçirilməsi abituriyentlərdə gərginlik yaradır.

Sorğunun nəticələri və müşahidələr göstərir ki, abituriyentlərin imtahana mənəvi-psixoloji cəhətdən hazırlaşmasında valideynlərin (45%) və müəllimlərin (33%) böyük rolu var.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox