Azedu.az

Kolleclərin boş qalan yerlərinə qəbul zamanı fənlər üzrə tələb olunan ballar

29 Avqust 2019, 13:41
Kolleclərin boş qalan yerlərinə qəbul zamanı fənlər üzrə tələb olunan ballar

2019-cu ildə keçirilən buraxılış və qəbul imtahanları yekunlaşıb.

Redaksiyamıza ən çox daxil olan suallardan biri II turda kolleclərə müsabiqə şərtləri və fənlər üzrə qoyulan nisbi bal tələbinin dəyişib-dəyişməyəcəyi ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, müsabiqədə şərtlərində heç bir dəyişiklik edilməyəcək.

AzEdu.az çoxsaylı istəkləri nəzərə alaraq Dövlət İmtahan Mərkəzinin saytına istinadən 9 və 11 illik bazada kolleclərə müsabiqə şərtlərini və fənlər üzrə qoyulan nisbi bal tələblərini təqdim edir:

9 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.

11 illik bazada ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər iştirak edə bilər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox