Azedu.az

II-III qruplar üzrə cəmi 3 abituriyent 700 bal toplaya bilər – Bir neçə gündən sonra    

18 İyul 2019, 09:42
II-III qruplar üzrə cəmi 3 abituriyent 700 bal toplaya bilər – Bir neçə gündən sonra    

22 iyulda II və III ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının nəticələri açıqlanacaq.

AzEdu.az həmin imtahanda 700 bal toplamağa namizəd 3 abituriyenti və onların ümumi nəticələrini ( buraxılış və yaz qəbul imtahanındakı) təqdim edir:

Masallı rayonu, 4 saylı  Digah tam orta məktəbinin məzunu Şəhriyar Səmədov - II ixtisas qrupu üzrə 680,3 bal;

Sumqayıt şəhər 22 saylı məktəbinin məzunu Sərxan Həsənov – III ixtisas qrupu üzrə  675,7 bal;

Sumqayıt şəhər Təbiət elmləri təmayüllü Gimnaziyanın məzunu  Jalə Əhmədzadə - II ixtisas qrupu üzrə 641,6 bal.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə yay qəbul imtahanı 7 iyulda baş tutub.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox