2019-cu ildə keçirilən qəbul imtahanlarında iştirak edən ən yaşlı abituriyentin 56, ən gəncin isə 15 yaşı olub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Məlumatda qeyd olunur ki, imtahanlarda iştirak etmək üçün ərizəsini təsdiqləyən abituriyentlərdən ən yaşlısı 1963-cü, ən gənci isə 2004-cü ildəndir.
Xatırladaq ki, 2019-cu ildə keçirilən qəbul imtahanları iyulun 7-dən etibarən başa çatıb.