Azedu.az

Bütün qruplar üzrə 150 ballıq ixtisaslar  - SİYAHI

Bakalavr və sınaq imtahanları

9 İyul 2019, 14:11
Bütün qruplar üzrə 150 ballıq ixtisaslar  - SİYAHI

I-IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Lakin bəzi ixtisaslar üzrə ümumi keçid balı 150 müəyyənləşdirilib.

Təhsil üzrə mütəxəssis Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bütün ixtisas qrupları üzrə 150 ballıq ixtisasların siyahısını açıqlayıb.

AzEdu.az  I-IV ixtisas qrupları üzrə 150 ballıq ixtisasları təqdim edir:

I ixtisas qrupu üzrə:

Torpaqşünaslıq və aqrokimya;

Meşəçilik Meliorasiya və su təsərrüfatı;

Şərabçılıq Tenologiya müəllimliyi;

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndilsliyi;

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi;

Çoxişlənən malların texnologiyası mühəndilsiyi;

İstehlak mallarının ekspertizası və marketinqi;

Poliqarafiya mühəndisliyi;

Aqromühəndilsik;

Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;

Aqronomluq;

Zootexniklik.

II ixtisas qrupu üzrə:

Marketinq;

Biznesin idarə edilməsi;

Kommersiya;

Regionşünaslıq;

Turizm və otelçilik.

III ixtisas qrupu üzrə:

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması;

Sosial iş.

IV ixtisas qrupu üzrə:

Ekologiya;

Baytarlıq;

Su bioehtiyatları və akvabitkilər;

Əczaçılıq;

Bitki mühafizəsi;

Bağçılıq və tərəvəzçilik.

Qeyd edək ki, bu ixtisaslar üzrə yalnız ödənişli əsaslarla müsabiqədə iştirak etmək mümkündür.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox