Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 593 subbakalavr ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Məlumatda qeyd olunur ki, iyunun 15-i saat 09:00-a qədər olan məlumata əsasən, 286 subbakalavr ərizəsini təsdiq edib.
Xatırladaq ki, elektron ərizələrin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aparılır.