Azedu.az

100 baldan az nəticə göstərən abituriyentlərə şad xəbər – Şansdan yararlanın  

Bakalavr və sınaq imtahanları

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

3 İyun 2019, 10:45
100 baldan az nəticə göstərən abituriyentlərə şad xəbər – Şansdan yararlanın  

Abituriyentlər yaz imtahanında topladığı baldan asılı olmayaraq, yay imtahanında iştirak edə bilərlər.

AzEdu.az-a bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Məlumatda qeyd olunur ki, yaz imtahanında topladığı bal 100-dən az olan abituriyentlərin də yay imtahanında iştirak etmək hüququ var.

28 apreldə buraxılış imtahanı modelində qəbul imtahanı verməyən əvvəlki ilin məzunları isə yay qəbul imtahanında iştirak edə bilməyəcəklər.

Ali təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılır. Cari ilin məzunları üçün birinci mərhələ buraxılış imtahanları hesab olunur. Əvvəlki ilin məzunları isə buraxılış imtahanı formatında əlavə imtahanda iştirak etməlidirlər.

I mərhələdə  iştirak etməyən abituriyentlər II mərhələyə buraxılmır. Bu səbəbdən, 28 aprel buraxılış imtahanı modelində keçirilən imtahanda iştirak etməyən əvvəlki illərin məzunları yay qəbul imtahanında iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, yay qəbul imtahanlarına elektron qeydiyyat 30 may – 10 iyun tarixlərində aparılır.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox