2019-cu ildə keçiriləcək imtahanların tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə müddətdir ki, açıqlanıb.
AzEdu.az çoxsaylı istəkləri nəzərə alaraq, DİM-in rəsmi saytına istinadən,bu həftə və gələn həftə keçirilməsi nəzərdə tutulan imtahan və tədbirlərin təqvimini diqqətə çatdırır:
1-3 may - Bakalavrların jurnalistika üzrə qabiliyyət imtahanı ( Magistratura);
4 may - SAT imtahanı (SAT SUBJECT);
5 may - Elektron ərizələrini 15 mart - 15 aprel saat 23:59-dək təsdiq edən rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı ( 1-ci imtahan, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, orta ixtisas təhsili müəssisələrinə qəbul üçün);
5 may - Ümumi (9 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı;
5 may-Tam (11 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı;
5 may- İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı, A növü (Dövlət qulluğu);
8 may- 15 mart - 15 aprel 23:59-dək elektron ərizələrini təsdiq edən, lakin 1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün "Azərbaycan dili" imtahanına qeydiyyat;
11 may- TOEFL imtahanı;
12 may- I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı.