Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 11.436 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.
Azərbaycan bölməsində:
I ixtisas qrupu üzrə 3832, rus bölməsi üzrə isə 547 nəfər;
II ixtisas qrupu üzrə 2064, rus bölməsi üzrə isə 377 nəfər;
III ixtisas qrupu üzrə 3310, rus bölməsi üzrə 334 nəfər;
IV ixtisas qrupu üzrə 731, rus bölməsi üzrə isə 137 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 6656 nəfər ərizəsini təsdiqləyib.
Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 104 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.