Azedu.az

Məqsədimiz bağçalarda savadlı şəxsləri işə götürməkdir

Bağçalar

31 Oktyabr 2025, 15:04
Məqsədimiz bağçalarda savadlı şəxsləri işə götürməkdir

Bugünə qədər bağçalara işə qəbul prosesləri imtahan vasitəsilə həyata keçirilməyib. Bəzən burada subyektiv amillər də rol oynayıb. İndi isə sistem və yanaşma dəyişir. Artıq işə qəbullar imtahan yolu ilə həyata keçirilir və bu məsələnin mahiyyəti əvvəlkindən fərqlidir.

Bu fikirləri millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib.

"Burada bir neçə əsas məqamı diqqətdə saxlamaq vacibdir. Əlbəttə, bilik və bacarıq çox önəmlidir və bunun həlli xüsusi diqqət tələb edir. Məqsədimiz savadlı və bilikli insanların seçilərək işə götürülməsini təmin etməkdir.

Eyni zamanda proses elə aparılmalıdır ki, bağçalarda ciddi boşluqlar yaranmasın. Yəni, bütün mövcud işçiləri işdən çıxarıb yerini dərhal doldurmamaq, gələcəkdə yeni problemlərin ortaya çıxmasına səbəb ola bilər. Buna görə bu prosesi tələsmədən, düşünülmüş və ölçülmüş şəkildə həyata keçirməliyik. Beləliklə, həm keyfiyyətli işçilərin seçilməsi təmin olunacaq, həm də bağçalarda ciddi çatışmazlıqların qarşısı alınacaq.

Bu məsələ çox vacib və aktualdır. Onu həll etmədiyimiz təqdirdə gələcəkdə müəyyən çatışmazlıqlarla üzləşə bilərik. Proses planlı və düşünülmüş şəkildə aparılmalıdır ki, sonra çətinliklərlə qarşılaşmayaq. Biz bütün faktorları nəzərə almalı, bağçaların fəaliyyətinin dayanmasının qarşısını almalıyıq. Bu, çox önəmli məsələdir".

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox