Azedu.az

Bağçalara işə qəbul üzrə keçid balları AÇIQLANIB

Bağçalar

27 Oktyabr 2025, 12:43
Bağçalara işə qəbul üzrə keçid balları AÇIQLANIB

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi üçün keçid balları müəyyən edilib.

Bu barədə AzEdu.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə keçid balı 35, Bakı Şəhəri Təhsil İdarəsi və digər regional təhsil idarələri üzrə isə 40 bal müəyyən edilib.

Bu qərar müsabiqə iştirakçıları üçün seçimin şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədi daşıyır.

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox