Bağça müdirlərinin diaqnostik qiymətləndirilmə prosesi başlayıb.
Bu barədə İnsan Resursları Mərkəzindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, 25 oktyabr tarixində məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən müdirlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə prosesi həyata keçirilib.
Proses 10 müxtəlif şəhər olmaqla ümumilikdə 12 imtahan mərkəzini əhatə edib və 90% davamiyyət qeydə alınıb.