Azedu.az

Məktəbəqədər sahədə pedaqoji işçilərin sayı azalıb

Bağçalar

17 Oktyabr 2025, 10:19
Məktəbəqədər sahədə pedaqoji işçilərin sayı azalıb

Bağçalar uşaqların erkən inkişafında vacib rol oynayır və bu prosesdə müəllimlərin peşəkarlığı xüsusi əhəmiyyət kəsb edir. Bağça müəllimləri uşaqların sosial, emosional və intellektual bacarıqlarının formalaşmasında birbaşa təsir göstərir. 

Son üç ildə dövlət məktəbəqədər təhsil müəssisələrində həm pedaqoji heyətin, həm də onlar arasında təhsili olanların sayı azalıb.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, 2023-cü ildə məktəbəqədər təhsil müəssisələrində 16 min 211 nəfər pedaqoji işçi fəaliyyət göstərib. Onların 32,8 faizi ali təhsilli, 96,4 faizi pedaqoji ixtisaslı olub. 2024-cü ildə pedaqoji işçilərin sayı 16 min 24 nəfərə çatıb, ali təhsillilərin payı 33,3 faiz, pedaqoji ixtisaslıların payı isə 97,9 faiz təşkil edib. 2025-ci ildə isə ümumi pedaqoji işçilərin sayı 15 min 928 nəfər olub. Bu dövrdə ali təhsillilərin xüsusi çəkisi 33,9 faiz, pedaqoji ixtisaslıların isə 97,4 faiz olub. Qeyd olunan göstəricilər son illərin ən yüksək nəticələrindəndir.

Tərbiyəçilər arasında təhsil səviyyəsi belədir: 2023-cü ildə məktəbəqədər müəssisələrdə 12 min 588 nəfər tərbiyəçi çalışıb, onların 30 faizdən çoxu ali təhsilli, 96,4 faizi pedaqoji ixtisaslı olub. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 30.7 faiz və 97,8 faiz, 2025-ci ildə isə 31,2 faiz ali təhsilli və 97,3 faiz pedaqoji ixtisaslı kimi qeydə alınıb.

Məktəbəqədər təhsil müəssisələrinin müdirləri arasında da ali təhsilli kadrların xüsusi çəkisi artmaqda davam edir. 2023-cü ildə müdirlərin 73,6 faizi ali təhsilli, 97,3 faizi pedaqoji ixtisaslı olub. 2024-cü ildə bu göstəricilər 74 faiz və 98,4 faiz, 2025-ci ildə isə 74,8 faiz ali təhsilli və 97,9 faiz pedaqoji ixtisaslı kimi qeydə alınıb.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox