Mükəmməl təhsil sisteminə doğru irəliləmək üçün daha çox uşağın məktəbəqədər təhsilə cəlb edilməsi vacibdir.
AzEdu.az xəbər verir ki, bu sözləri 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artdıqca, əldə olunan nəticələr də yaxşılaşır:
“Məktəbəqədər təhsilə cəlb olunan uşaqların faizinə baxsaq, biz 16 faizdən 40 faizə çatmışıq. Bu, müsbət haldır”.
Nazir əlavə edib ki, hər il təxminən 30-40 min uşaq məktəbəqədər təhsilə cəlb edilir.