Bu il bağçalarda tərbiyəçi-müəllimlərin sertifikasiyası keçiriləcək.
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində çıxışı zamanı qeyd edib.
Emin Əmrullayev qeyd edib ki, 2026-cı il üçün plan hazırlanıb.
Eyni zamanda əlavə edib ki, 520 bağçada təxminən 50 min uşaq hazır qida ilə təmin olunur.
"18 bağça müdirinin işinə xitam verilib", - nazir qeyd edib.