Azedu.az

Özəl bağça müəllimlərinin neçə faizi ali təhsillidir? - STATİSTİKA

Bağçalar

10 Sentyabr 2025, 13:49
Özəl bağça müəllimlərinin neçə faizi ali təhsillidir? - STATİSTİKA

Son illər ərzində Azərbaycanda qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sayı və onların təhsil səviyyəsində nəzərəçarpacaq artım müşahidə olunub.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2006-cı ildən 2025-ci ilə qədər bu sahədə çalışan işçilərin sayı və keyfiyyəti ciddi şəkildə yüksəlib.

Belə ki, 2006-cı ildə pedaqoji işçilərin ümumi sayı cəmi 60 nəfərdir və onların 78,3%-i ali təhsil almış şəxslərdir. Onların 80,9%-i pedaqoji ixtisas, 50%-i isə məktəbəqədər təhsil sahəsi üzrə ali diplom qazanıb.

2011-ci ildə bu göstərici 197 nəfər olub və 69,0%-i ali təhsil sahibi kimi qeydiyyata alınıb. Pedaqoji ixtisaslıların payı 88,2%, məktəbəqədər üzrə ixtisaslaşanların isə 59,4%-dir.

2016-cı ildə pedaqoji heyətin sayı 515 nəfərə çatıb və onların 75,0%-i ali təhsil alıb. Belə ki, pedaqoji istiqamət üzrə 93,2%, məktəbəqədər sahə üzrə isə 65,0% təşkil edib.

2021-ci ildə bu rəqəm 875 nəfər olub və 78,9%-i ali təhsillidir. Onların 91,4%-i pedaqoji, 73,0%-i isə məktəbəqədər sahə üzrə təhsil görüb.

2024-cü ildə pedaqoji işçilərin sayı 1139 nəfərdir və 78,0%-i ali diplomludur. Onların 91,9%-i pedaqoji, 73,2%-i məktəbəqədər sahədə ixtisaslaşıb.

2025-ci ildə isə göstəricilər maksimum həddə çataraq 1218 nəfərə yüksəlib. Onların 81,8%-i ali təhsilə sahibdir. Pedaqoji ixtisaslıların payı 90,6%, məktəbəqədər üzrə təhsil alanların payı isə 66,0% təşkil edib.

2006-cı ildə cəmi 3 nəfər müdir çalışıb və onların hamısı ali və pedaqoji təhsilə yiyələnmişdi.

2011 və 2016-cı illərdə bu rəqəmlər müvafiq olaraq 15 və 32 nəfər olub. Ali təhsil göstəricisi 2016-cı ildə 93,8%-ə, pedaqoji sahə üzrə isə 87,5%-ə çatıb.

2021-ci ildə müdirlərin sayı 130 nəfər olub və onların 96,2%-i ali təhsil qazanmış şəxslərdir. Onların 84,6%-i pedaqoji, 76,9%-i məktəbəqədər sahə üzrə ixtisaslaşıb.

2024-cü ildə bu göstəricilər 140 nəfərdir. Onların 92,9%-i ali təhsil alıb. Pedaqoji üzrə 84,3%, məktəbəqədər üzrə isə 75,4% təşkil edib.

2025-ci ildə isə 153 nəfər müdirin 97,4%-i ali təhsil sahibidir. Onların 87,6%-i pedaqoji, 75,2%-i məktəbəqədər sahədə ixtisaslaşıb.

2006-cı ildə cəmi 30 nəfər tərbiyəçi çalışırdı və onların 75,0%-i ali təhsilə malik idi. Onların 83,3%-i pedaqoji, 72,0%-i isə məktəbəqədər sahə üzrə ixtisaslaşmışdı.

2011 və 2016-cı illərdə tərbiyəçilərin sayı müvafiq olaraq 141 və 398 olub. Bu illərdə ali təhsilli tərbiyəçilərin faizi 75,2% və 73,6%, pedaqoji sahədə ixtisaslaşanların payı isə 92,2% və 93,0% təşkil edib.

2021-ci ildə 689 nəfər tərbiyəçi çalışıb. Onların 77,8%-i ali təhsil alıb. Belə ki, 92,9%-i pedaqoji ixtisas üzrə, 68,1%-i məktəbəqədər sahədə təhsil görüb.

2024-cü ildə bu say 859 nəfər olub və onların 78,6%-i ali təhsil sahibidir. Onların 93,2%-i pedaqoji, 69,1%-i məktəbəqədər ixtisas üzrədir.

2025-ci ildə isə 933 nəfər tərbiyəçidən 80,5%-i ali təhsillidir. Onların 92,8%-i pedaqoji, 68,4%-i məktəbəqədər sahədə ixtisaslaşıb.

Nəticə onu göstərir ki, 2006-cı ildən 2025-ci ilə qədər olan dövr ərzində qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sayı təxminən 20 dəfəyə yaxın artaraq 60 nəfərdən 1218 nəfərə çatmışdır. Bununla yanaşı pedaqoji heyətin ali, pedaqojiməktəbəqədər ixtisas üzrə təhsil səviyyəsində də ardıcıl yüksəliş müşahidə olunur.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox