Azedu.az

Şimal-qərb bölgəsində fəaliyyət göstərən bağçaların sayı - RƏSMİ

Bağçalar

3 Sentyabr 2025, 13:33
Şimal-qərb bölgəsində fəaliyyət göstərən bağçaların sayı - RƏSMİ

Son illərdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yenidən qurulması və yeni bağçaların tikintisi istiqamətində mühüm addımlar atılıb. Regionlarda fəaliyyət göstərən bağçaların əksəriyyəti əsaslı təmir olunub, uşaqların təlim-tərbiyəsi və sosial inkişafı üçün müasir standartlara uyğun şərait yaradılıb.

Belə ki, təhsilin erkən mərhələsində uşaqların inkişafına önəm verən dövlət proqramları çərçivəsində məktəbəqədər təhsil sisteminin əhatəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.

Hazırda regionlarda neçə bağça fəaliyyət göstərir?

Mövzu ilə bağlı AzEdu.az Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində 204 məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir:

"Belə ki, Zaqatala rayonu üzrə 42, Qax rayonu üzrə 36, Balakən rayonu üzrə 25, Şəki rayonu üzrə 60, Oğuz rayonu üzrə 18 və Qəbələ rayonu üzrə 23 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir".

Qeyd edək ki, bu rəqəm ötən illə müqayisədə eyni olaraq qalır. Təkcə Şəki rayonu üzrə 1 bağça fəaliyyətini dayandırıb. 

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox