Azedu.az

Özəl uşaq bağçalarının sayı rekord səviyyədə ARTIB

Bağçalar

27 Avqust 2025, 14:17
Özəl uşaq bağçalarının sayı rekord səviyyədə ARTIB

Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı artmaqda davam edir.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2025-ci ilin əvvəlinə olan göstəricilərə görə Azərbaycanda qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı 164-ə çatıb. Bu, 2006-cı illə müqayisədə əhəmiyyətli artım deməkdir. Belə ki, 2006-cı ildə cəmi 3 belə müəssisə mövcud idisə, son 19 ildə bu göstərici 54 dəfədən çox artıb.

Ən çox artım körpələr evi və uşaq bağçalarının sayında müşahidə olunub. 2025-ci ilin əvvəlinə bu kateqoriyaya daxil olan müəssisələrin sayı 92-ə çatıb. Uşaq bağçalarının sayı isə 72-dir. Məktəb-uşaq bağçaları və sanator tipli müəssisələr üzrə fəaliyyət göstərən qeyri-dövlət bağçaları artıq mövcud deyil.

Məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayı da artmaqda davam edir. 2025-ci ildə bu müəssisələrdə 7312 uşaq təhsil alıb. Bu rəqəm 2006-cı illə (150 uşaq) müqayisədə 48 dəfə artım deməkdir. Ən çox artım uşaq bağçaları və körpələr evi-uşaq bağçalarında qeydə alınıb.

2025-ci ildə bu müəssisələrdə təhsil alan uşaqların 3547-si qızlardır. Bu da ümumi sayın təxminən 49%-ni təşkil edir. Hər 100 yerə düşən uşaq sayı isə 2025-ci il üçün 55 nəfər olub.

DİQQƏT: Moskvadakı azərbaycanlıların nəzərinə!
Son xəbərlərDaha çox