Bu il məktəbəqədər təhsil müəssisələrin sayı 1708-ə qədər azalıb.
AzEdu.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda uşaqlar" məcmuəsində qeyd olunub.
Bildirilib ki, bu müəssisələrdə 115 min uşaq təhsil alır. Dövlət müəssisələrində 79 min, qeyri-dövlət müəssisələrində isə 36 min uşaq təhsil alır. Hər 100 yerə düşən uşaqların sayı 85 olub. İcmaəsaslı qruplarda 9.9 min uşaq iştirak edir.
Qeyd edək ki, 1-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbetmə faizi 37.1%-ə yüksəlib.