Azedu.az

Bağça müəllimləri işə qəbul üzrə müsahibələrə cəlb olunub

Bağçalar

Paytaxt təhsili

Bakı Şəhər üzrə Təhsil İdarəsi

13 Avqust 2025, 10:49
Bağça müəllimləri işə qəbul üzrə müsahibələrə cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

AzEdu.az xəbər verir ki, 2022-ci və 2023-cü illərdə keçirilən müsabiqələrin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər, eyni zamanda 2023-cü ildə test imtahanında keçid balını (29 və daha çox) toplayan və müsahibəyə qatılmayan şəxslər yenidən təşkil olunmuş müsahibədə iştirak ediblər.

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılıb.

Müsahibənin nəticələri barədə namizədlərə məlumat veriləcək.

Nəticələrlə bağlı müraciətlərə baxılması məqsədilə xüsusi komissiya yaradılacaq.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox