Hindistanın Uttar Pradeş əyalətində məktəbəqədər təhsilin inkişafı istiqamətində böyük addım atılır. 15 avqustdan etibarən əyalətin müxtəlif bölgələrində 3 000-ə yaxın yeni bağça sinif otağı - Balvatika fəaliyyətə başlayacaq. Bu siniflər uşaqların erkən yaşdan inkişafını dəstəkləmək üçün xüsusi dizayn olunub.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, yeni mərkəzlər “Wonder Box” fəaliyyət paketləri, rəngarəng oyun zonaları, yaradıcılıq guşələri və uşaq yönümlü tədris avadanlıqları ilə təchiz edilib. Məqsəd uşaqlara həm əyləncəli, həm də öyrədici bir mühit yaratmaqdır. Layihə çərçivəsində müəllimlər, şikşa mitra və Anganwadi işçiləri üçün xüsusi təlim proqramları keçirilib. Bu təlimlərdə pedaqoji yanaşmalar, oyun əsaslı tədris metodları və uşaqların sosial-emosional inkişafına dəstək yolları öyrədilib.
Rəsmi şəxslərin sözlərinə görə, “balvatika”ların istifadəyə verilməsi əyalətdə məktəbəqədər təhsilin keyfiyyətini artıracaq, uşaqların ibtidai təhsilə daha hazırlıqlı başlamasına imkan yaradacaq.