2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub.
AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məlumat verib.
Onun sözlərinə görə, növbəti vakansiya müsabiqəsinin 22 avqust 2025-ci il tarixində keçirilməsi planlaşdırılır. “Namizədlər üçün sənəd qəbulu 29 iyul – 4 avqust tarixlərində aparılacaq. Hazırda ölkə üzrə 320 vakant tərbiyəçi-müəllim yeri mövcuddur.
Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir və suallar məktəbəqədər təhsilin məzmunu, metodikası, pedaqoji və psixoloji yanaşmaları əhatə edir. Namizədlər bu sənədlə Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi internet səhifəsində tanış ola bilərlər”.