Azedu.az

Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyat başlayıb

Bağçalar

29 İyul 2025, 09:46
Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyat başlayıb

İyulun 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyat başlayıb.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, qeydiyyat linki 7 avqust 2025-ci il saat 12:00-a qədər aktiv olacaq. 

Qeydiyyatda 2022-ci və 2023-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər, eyni zamanda 2023-cü ildə test imtahanında keçid balını toplayan (29 və daha çox) və müsahibəyə qatılmayan namizədlər o şərtlə ki, yeni müsahibəni uğurla keçəcəyi halda iştirak edə bilərlər.

Qeyd edək ki, hər bir namizədin bir məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı var. Əgər bir namizəd iki və daha artıq sayda qeydiyyatdan keçərsə, keçdiyi son qeydiyyat etibarlı qəbul ediləcək.

Ruslar azərbaycanlı iş adamının obyektini dağıtdılar
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox