Azedu.az

Bakıda bağçalara növbəyə yazılma prosesi BAŞLADI 

Bağçalar

25 İyul 2025, 11:00
Bakıda bağçalara növbəyə yazılma prosesi BAŞLADI 

Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilib.

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Valideynlər elektron qaydada növbə yarada bilərlər.

2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq.

Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 (beş) gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 7 (yeddi) gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.

Xatırladaq ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbələr və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbələr və sorğular bu il üçün keçərli deyil.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox