Gələn il özəl bağçalarda dövlət dəstəyi ilə təhsil alan uşaqların sayının 5000-ə çatdırılması nəzərdə tutulur.
AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusundakı tədbirdə çıxışı zamanı məlumat verib.
Nazir qeyd edib ki, sözügedən təşəbbüs ilkin mərhələdə pilot layihə kimi həyata keçirilib: “Əvvəlcə qrant müsabiqəsi əsasında 1500 uşağın özəl bağçalarda təhsili maliyyələşdirilib. Gələn il bu rəqəmi 5000-ə çatdırmağı planlaşdırırıq”.