Azedu.az

202 nömrəli uşaq bağçasında nöqsanlar aşkarlandı

Bağçalar

8 İyul 2025, 16:56
202 nömrəli uşaq bağçasında nöqsanlar aşkarlandı

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib.

Müəyyən edilmiş nöqsanlara əsasən bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, 202 saylı bağçadan narazı olan müəllimlərin tele-kanallardan birinə verdikləri müsahibədən sonra 2 əməkdaşın, 1 texniki işçisinin bağçaya buraxılmadığı ilə bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox