İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturu mərhələli şəkildə yenidən qurulur. Hazırda bu bölgələrdə fəaliyyət göstərən 6 məktəbəqədər təhsil müəssisəsində 21 təhsilverən 213 uşağın təlim-tərbiyəsi ilə məşğuldur.
Maraqlıdır, həmin məktəbəqədər təhsil müəssisələri hansı ərazilərdə yerləşir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, 1 nömrəli körpələr evi-uşaq bağçası Xocalıda, 1 nömrəli körpələr evi-uşaq bağçası Xankəndidə, Sus kənd körpələr evi-uşaq bağçası və Zabux kənd körpələr evi-uşaq bağçası, Laçında, Zəngilan rayonu Ağalı kənd körpələr evi-uşaq bağçası Zəngilanda və Talış kənd uşaq bağçası isə Tərtərdə yerləşir.