Azedu.az

MİQ-dən 90 dəqiqəyə 96 bal toplayan respublika birincisi - AÇIQLAMA

Bağçalar

MİQ

4 İyul 2025, 14:15
MİQ-dən 90 dəqiqəyə 96 bal toplayan respublika birincisi - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb.

Belə ki, I seansda texnologiya, təsviri incəsənət və Azərbaycan dili, II seansda isə informatika, rus dili və ədəbiyyatı fənlərindən imtahan keçirilib.

İmtahandan yüksək bal toplayanlardan biri də Aytac Abbasovadır.

Belə ki, o, texnologiya fənni üzrə 96.25 bal toplamaq Respublika birincisi olub.

AzEdu.az bu münasibətlə Aytac müəllimlə əlaqə saxlayıb təəssüratlarını öyrənib.

Gəncə şəhərində anadan olan 25 yaşlı Aytac Abbasova hazırda Samux rayonu Hacıalı kənd ümumi orta məktəbində fəaliyyət göstərir:

"Bu sahədə 4 ildir fəaliyyət göstərirəm. İmtahandan 40/40 ixtisas, 17 isə kurikulumdan yazmışam. Gəncə Dövlət Universitetinin (GDU) məzunu olmuşam. Düşünürəm ki, hər şey savaddan əlavə, çox çalışmaqdan və əzmkarlıqdan keçir. Allah heç kəsin əziyyətini yerdə qoymur. Bu səviyyəyə çata bilmək üçün çox çalışdım. Savadımla, biliyimlə, əzmkarlığımla və ailəmin dəstəyi ilə bu mərhələyə gəldim. 96 balı 90 dəqiqəyə bitirmişdim.

Yüksək bal toplamaq çox gözəl hissdir. Hələ ki, belə gənc yaşda nailiyyət əldə etmək daha da sevindiricidir. Çalışdığım məktəbə qəbul olarkən 60-dan 52 bal yığmışdım. Həmin vaxt Gəncə vakansiyasına düşə bilmədim, lakin indi Gəncədə fəaliyyətimi davam etdirmək istəyirəm. Respublika birincisi olmaq insanı özəl və gözəl hiss etdirir. Bu pillədə özümü görməyi çox istəmişdim. Bu təkcə mənim deyil, həm də təhsilimizin uğurudur.

İmtahan olduqca şəffaf qaydada təşkil olunmuşdu. Sualları asan və ya çətin edən bizim oxumaq potensialımızdır. Çox çalışan üçün suallar asan gəlir.

Həftədə 2 dəfə Samuxa dərs demək üçün gəlirəm. Dərsə gəlmək üçün 3 avtobus dəyişməli oluram. Əsas məsələ burada sualları tez-tələsik cavablandırmamağa çalışmaqdır. Həyəcan onsuz da qaçınılmazdır. Yəni, 5 dəfə MİQ-ə gələn müəllimdə də, 1-ci dəfə iştirak edən müəllimdə də həyəcan olur. Sadəcə sualları daha dəqiq və məntiqlə düşünmək lazımdır".

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox