Azedu.az

Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb

Bağçalar

26 Aprel 2025, 17:21
Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəbəqədər təhsil müəssisəsi üzrə hazırda bir neçə yaş qrupu üçün 230 boş yer mövcuddur. 

AzEdu.az xəbər verir ki, valideynlər 3-4 yaş qrupu üzrə, Naxçıvan şəhər 2, 4, 5, 6, 10, 12, 15 nömrəli, 4-5 yaş qrupu üzrə isə Naxçıvan şəhər 1, 2, 3, 4, 5,  6, 7, 8, 10, 11, 12 və 15 nömrəli uşaq bağçalarını seçməklə həmin yaş qrupları üzrə uşaqlarını bağçalara yerləşdirə bilərlər. 

Həmçinin rayon Təhsil şöbələrinin tabeliyində faəliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində də boş yerlər mövcuddur.

Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi il ərzində davam etdirilir.

Valideynlər elektron portal üzərindən www.bq.edu.az saytına daxil olmaqla müəssisələrə qəbulla bağlı elektron kabinet yaradaraq övladlarını növbəyə yazdıra bilərlər.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox